Kitabxanadan bildirilib ki, virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu və şərqlilərə məxsus memarlığı, mədəniyyətimizə, ədəbiyyatımıza bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamın beşiyi, Qarabağın dilbər guşəsi sayılan Şuşa həqiqətən özü boyda tarixi abidədir. XVIII-XIX əsrlərdə Şuşa və Qarabağ bölgəsinə aid məişət əşyaları öz formasının gözəlliyi, zərif və yüksək zövqlü bədii naxışları ilə hər zaman seçilir.
Virtual sərgi ilə buradan tanış olmaq mümkündür. (AZƏRTAC)