Müsabiqəyə müharibə mövzusunda olan ssenariləri, həmçinin sinopsis və ya tretmanları təqdim etmək olar. Təqdim edilən ssenarilər COURİER NEW şrifti ilə yazılmalı, şriftin ölçüsü 12 olmalıdır.
Müsabiqəyə qatılmaq üçün ssenarilərinizi (tretman və sinopsis) müəllif haqqında məlumat ilə (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə azerbaijancinemacenter@gmail.com e-mail adresinə “Ssenari müsabiqəsi” başlığı ilə göndərə bilərsiniz.
Bir iştirakçı müsabiqəyə istənilən sayda ssenari, həmçinin sinopsis və ya tretman təqdim edə bilər.
Qeyd edək ki, müsabiqəyə son müraciət 30 iyun 2024-cü ilədəkdir.
Ətraflı məlumat üçün 050 (371-55-37) telefon nömrəsinə zəng edib məlumat ala bilərsiniz.
Hazırladı: Mina RƏŞİD