Bu barədə mətbuata İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev məlumat verib.
“140 illiyinin təntənəli şəkildə keçirilməsi üçün imzalanmış Prezident Sərəncamı ilə yubiley tədbirlərinə hazırlaşan İrəvan Teatrının kollektivinin bu səfəri özündə həm də ölkə rəhbəri İlham Əliyevin “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasına töhfə vermək məqsədini daşıyır. Keçən əsrin əvvəllərindən etibarən, Türkiyənin müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qalmış Qərbi azərbaycanlı soydaşlarımız arasında Vətənə qayıdış layihəsinə dəstək prinsiplərini və geniş təbliğat işlərini həyata keçirmək üçün bu səfər ən səmərəli hadisələrdən biri kimi çox vacibdir. Güman edirik ki, İrəvan Teatrı məhz belə səfərlərlə dünyanın hər tərəfində çıxış etməklə köç etmiş soydaşlarımızı bir araya gətirmək üçün öz sənət imkanlarından istifadə edəcək, dədə-baba torpaqlarımızdan didərgin salınmış soydaşlarımızın öz yurd yerlərinə qayıtmaları istiqamətində geniş təbliğat işlərinə rəvac verəcəkdir”,- deyə teatrın direktoru bildirib.
Hazırladı: Mina RƏŞİD