O, deyir ki, bir çox rəssamlar daha çox yaşadığı dövrü əsərlərində əks etdirir: “44 günlük Vətən müharibəsi, ağır günlərimizin qələbəsi, məni sənətə, yaradıcılığa birmənalı olaraq köklədi və ümumi olaraq, hər yerdə də deyirəm bunu, elə böyük şəxsiyyətlərimiz var ki, onların abidələri nə qədər çox olarsa, gənclərimizə qəhrəmanlıq, böyük şəxsiyyətlərimizə hörmət hissini aşılanmış olar, bu isə mənim üçün də bir rahatlıq olar .
Böyük yazıçımız Mir Cəlal Paşayevin büstünü hazırlamaq mənim üçün çox böyük bir qürurdu. Mən o fotolara baxdıqda, orda böyük bir yazıçı obrazını göstərməyə çalışdım. Onu da vurğulayım ki, heykəltaraşlıqda ümumi olaraq, təkcə portireti oxşatmaq deyil, obrazı yaratmaq lazımdır ki, bunun üçün də böyük əmək sər edilməlidir”.
Özünün də dediyi kimi, heykəltaraşın hazırda üzərində işlədiyi heykəl görkəmli yazıçımız Mir Cəlal Paşayevin büstüdür. Büstün yazıçının Gəncədəki Ev Muzeyinə qoyulması nəzərdə tutulub və hazırda da son tamamlanma işləri görülür. Qeyd edək ki, Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunan büstün hazırlanıb ərsəyə gəlməsi üçün iki ay vaxt lazım olub.
Sonda onu da vurğulamaq yerinə düşər ki, istedadlı heykəltaraş Elxan Zeynalov bundan başqa, İmadəddin Nəsimi, Milli Qəhrəman Allahverdi Bağırov, Mehmet Akif Ersoy və Polad Həşimov kimi adı tarixə yazılan qəhrəmanların və görkəmli şəxsiyyətlərin obrazını yaradıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ