22.11.2024, 07:46
AZ EN
13.04.2023, 20:35 287

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

XƏBƏRLƏR
  • Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu “İmam Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Heydər” məscidində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb.

Iftar mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev, millət vəkilləri Azay Quliyev və Kamaləddin Qafarov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, şəhid ailələri və qazilər iştirak ediblər.

Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.

Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.("Trend")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR