Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, aralarında minik, təminat və təchizat avtomobilləri olmaqla ümumilikdə 33 nəqliyyat vasitəsi Laçından Xankədi istiqamətinə maneəsiz hərəkət edib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Daha əvvəl isə 1 minik maşını eyni istiqamətə keçid edib.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 79-a çatıb.("Report")