31.07.2025, 18:08
AZ EN
13.03.2023, 15:49 297

Xüsusi Təyinatlı qazimiz

XƏBƏRLƏR

Qırx dörd günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdan biri də İbrahim Məzahir oğlu Həsənovdur. O, 8 may 1987-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Kənddəki Füzuli rayonu, 27 saylı tam orta məktəbə daxil olub orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Atatürk Universitetində təhsilini davam etdirmişdir. İbrahim Həsənov həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Sonra Ali təhsilli gənc oğlan DOST MMC-də işləməyə başlayır. Vətən müharibəsi başlayanda o, da XTQ-nin tərkibində döyüşlərə qatılır. Xocavənd, Kəlbəcər, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə gizir İbrahim Məzahir oğlu Həsənov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Şücaətə görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Ailəlidir, III dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR