Dağlar qoynunda, quşqonmaz bir ərazidə, Laçından olan Samurat 06 may 1992-ci ildə anadan olmuşdur. Tale digər məcburi köçkün uşaqları kimi onu da doğma yurdundan didərgin etdi. Onun ailəsi Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşdı. Samurat Binəqədi 126 saylı orta məktəbin birinci sinfinə getdi. 2009-cu ildə orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılan gənc Quru Qoşunlarında xidmət keçib. Tərxis olunduqdan sonra müxtəlif işlərdə çalışıb. Vətən müharibəsi başlayanda o, da könüllü olaraq bir əsgər kimi döyüşə yazılır. Xocavənd, Cəbrayıl, Qubadlı, Füzuli istiqamətində döyüşə qatılır. O, 20 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıb. Uzun müddət müalicə alan igidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
İsa MUSAYEV