21.06.2025, 16:02
AZ EN
10.02.2023, 17:48 277

Yardım kompaniyasına bir aylıq məvacibləri ilə qoşulan Şəhid anaları

XƏBƏRLƏR
  • Bu gün Türkiyə ağır bir imtahan içərisindədir. Amma o tək deyil. Bütün türk dünyası onun dərdinə şərik olaraq əlindən gələnin ən yaxşısını etməkdədir. Hətta bəzi istisnalar olmaqla bütün dünya ölkələri də, bu gün Türkiyə üçün yardım kompaniyası başladıb.

Azərbaycana həmişə “Can, Azərbaycan!” - deyən, bir millət, iki dövlət olduğumuz türk qardaşlarımıza bu gün uşaqdan tutmuş qocya qədər hər kəs yardım əlini uzatmağa çalışır. Bu yardım kompaniyasında bəzən duyğulu anlar da yaşanır. Belə ki, Şəhid anaları bir vaxt Vətən uğrunda savaşan əziz övladları üçün qoxlayıb saxladıqları boxçaları bu çətin gündə açıb geyim əşyalarını türk qardaşlarımıza göndərirlər. Şəhid anaları arasında bir aylıq məvacibi ilə bu kompaniyaya qoşulanlar da var...

Türk qardaşımız üşüməsin, ac qalmasın...

Həmin duyğulu anlardan birini də, insanlıq naminə bölüşmək  istəyirik. Çünki biz bu çətin günlərdə türk qardaşlarımızı necə çox sevdiyimizi duyur, necə xeyirxah insanlarımızın olduğunu görür və bundan təsirlənməklə yanaşı, həm də qürur duyuruq. Bu gün Türkiyəmiz üçün yardım kompaniyasına qoşulan dünyada on minlərlə soydaşımız var. Göndəriləcək yardımlar araşdırılarkən görün nələrin şahidi oluruq. Deməli, bəzi insanlarımız yardım üçün gətirdikləri gödəkçələrin ciblərini şirniyyat, quru meyvələr və ləpələrlə doldurub ki, bunları geyinən türk qardaşımız üşüməsin, həm də, ac qalmasın.

Mina RƏŞİD

Oxşar xəbərlər