Bu gün Ağdam rayon İcra Hakimiyyətində RİH-nin başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbul zamanı sakinlərin problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.
***
Bu gün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayon sakinlərini qəbul edib.
Qəbula yazılmış 11 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri dinlənilib. Qeyd edək ki, müraciətlərin hamısı münasib işlə təminat barədə edilib.
Sakinlərin müraciətlərinə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.
Mina RƏŞİD