28.04.2025, 17:21
AZ EN
04.01.2023, 17:05 278

Bu gün Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 16-ya çatıb

XƏBƏRLƏR
  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 1 təminat avtomobili Laçından Xankəndi istiqamətinə keçib. Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 16-ya çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 13-ü isə Rusiya sülhməramlılarına məxsusdur. ("Report")

Oxşar xəbərlər