Bu sözləri açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün İlqar İbrahimov söyləyib.
O, yoldaşı, oğlu, gəlini və nəvələri ilə birlikdə qayıtdığını bildirib.
Məcburi köçkün düşəndə 23 yaşı olduğunu xatırladan keçmiş məcburi köçkün deyib: "Gedib işləyəcəyəm. Biz işləməyə öyrəşmiş adamlarıq. Orada əkin-biçinlə məşğul olmağı düşünürük, həyatı yenidən o torpaqlara qaytarmaq istəyirik.
Biz ora gedirik ki, həyatımızı davam etdirək və yurdumuzu abadlaşdıraq". (AZƏRTAC)