Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 29 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 13,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 14,1 min şəxs isə münasib işlərlə təmin edilib.
Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından 1,4 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları da təşkil olunub. (AZƏRTAC)