07.02.2026, 13:39
AZ EN
16.01.2026, 08:44 143

Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Qaradağ rayonu, Lökbatan qəsəbəsində rayon əhalisi ilə növbəti səyyar qəbul keçirib.

Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər