19.11.2025, 18:21
AZ EN
04.11.2025, 14:33 223

Xalq şairinə həsr edilmiş kitab çap edilib

XƏBƏRLƏR
  • Xalq şairi Zəlimxan Yaqub haqqında daha bir kitab çap olunub. Ehtiyatda olan polkovnik Elşad Həsənovun “Gənclik” nəşriyyatında işıq üzü görmüş bu kitabı “Zəlimxan Yaqub (xatirələr)” adlanır.

Uzun illər Xalq şairi ilə yaxın dostluq münasibətində olmuş müəllif bu kitabında Zəlimxan Yaqubla bağlı xatirələrini qələmə alıb. Oxucular burada “Dostluğa və qardaşlığa aparan tanışlıq”, “Şair haqqında unudulmaz xatirələr” və “Əbədiyaşarılıq qazananlar” sərlövhəli maraqlı oçerklərlə yanaşı, şairin həyatının müxtəlif anlarını əks etdiriən tarixi fotoşəkillərlə də tanış ola biləcəklər.

Kitabın redaktoru Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Xatırladaq ki, bu il Zəlimxan Yaqubun anadan olmasının 75-ci ildönümü tamam olur və ilin əvvəlində Musa Nəbioğlunun bu münasibətlə ərsəyə gətirdiyi üç kitab da oxuculara təqdim olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər