Dövlət Vergi Xidmətindən bildirilib ki, tədbirdə DVX-nin Tədris Mərkəzinin nümayəndələri şagirdlərə vergilər və iqtisadiyyat barədə ilkin məlumatlar verərək ümumi anlayışları izah ediblər.
Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova və müəllimi Şahin Hüseynli vergilərin tətbiqinin məqsədi və ölkəmizin vergi sistemi barədə məlumat verib, vergi ödəməyin cəmiyyət üçün faydaları, sosial üstünlükləri və dövlət büdcəsinin formalaşmasında rolundan bəhs ediblər.
İnteraktiv formatda keçirilmiş görüşdə şagirdlərə praktiki tapşırıqlar verilib və qrup müzakirələri təşkil olunub.
Sonda şagirdlər üçün vergi və maliyyə savadlılığı üzrə maarifləndirici viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim edilib. (AZƏRTAC)