Bu sözləri Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Səkinə Ələsgərova söyləyib.
“Atam da, anam da, mən də burada doğulmuşuq. O gördüyünüz çinar ağacını mən əkmişəm. Ötən illər ərzində doğma yurdumuzun həsrətini çəkmiş, bir gün bura qovuşacağımızı gözləmişik. Bizi doğma yurda qovuşduran Prezidentimizə, Ordumuza minnətdaram”, - deyə o bildirib. (AZƏRTAC)