18.03.2025, 21:56
AZ EN
18.03.2025, 17:02 6

Xocavənd sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri, Nərimanov rayonunda Xocavənd rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ölkə rəhbərləyi tərəfindən məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışaraq, yaxın zamanda digər keçmiş məcburi köçkünlər kimi Xocavənd rayon sakinlərinin də öz doğma yurdlarına qayıdacaqlarını diqqətə çatdırdı. Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər.

Günel QULİYEVA

Oxşar xəbərlər