Görüşdə Bərdə və ətraf rayonlarda məskunlaşmış kəlbəcərlilər iştirak etmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdığı məsələlər diqqətə alınıb və həlli istiqamətində müvafiq qurumlarla əlaqələndirilmək üçün icrası nəzarətə götürülüb. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, problemlərinin operativ həlli və onların dövlət orqanları ilə əlaqələrinin daha da möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.
G.QULİYEVA