25.04.2025, 01:44
AZ EN
31.10.2024, 09:13 260

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə Şərqi Zəngəzur Regional Məşğulluq filialı arasında əməkdaşlıq görüşü keçirilib

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı arasında görüş keçirilib.

Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, İnzibati təşkilat sektorunun müdiri Mahir Quliyev, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Elburus İsgəndərov, Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdiri Sənan Məmmədzadə, müdir müavinləri Mehriban Əliyeva və Elvin Qasımov iştirak ediblər.

Görüşdə işə qəbul, işlə təminat məsələləri müzakirə edilib, işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən təhsil müəssisələrində məşğulluq məsələlərinin həyata keçirilməsi ətrafında söhbət aparılıb.

Bundan başqa görüşdə təhsil müəssisələrinin rəhbərləri üçün seminar və təlimlərin təşkil olunması məsələsi müzakirə edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər