İqtisadiyyat fakültəsinin müəllimi Rəşad Məmmədov tərəfindən təşkil olunan seminarda Qarabağ Universitetinə Ankara Hacı Bayram Veli Universitetindən qonaq professor kimi dəvət edilmiş professor Evrən Güçər məruzəçi qismində çıxış edib.
Görüş müddətində tələbələrə xidmət sahələrindən biri olan turizm sektoru, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialları haqqında məlumatlar verilib.
Sonda turizm menecmenti və onun mahiyyəti, eləcə də turizmin növləri ilə bağlı məsələlər ətrafında müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.
Tahirə AĞAMİRZƏ