İqtisadiyyat fakültəsinin müəllimi Rəşad Məmmədov tərəfindən təşkil olunan seminarda Universitetin əməkdaşı Aytac Cavadova qonaq spiker qismində iştirak edib.
Seminarda Azərbaycanda ekoloji vəziyyət, COP29 tədbiri, onun mahiyyəti, keçirilmə səbəbi və iqlim dəyişikliyinin həlli yollarına verilə bilinəcək töhfələr tələbə və müəllimlər tərəfindən ətraflı müzakirə edilib.
Dərs müddətində tələbələri maraqlandıran ekoloji məsələ və iqtisadi yanaşmalar müzakirə olunaraq bu istiqamətdə aktual məsələlərə toxunulub.
Tahirə AĞAMİRZƏ