Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qərbi Azərbaycan İcmasının Qadınlar şurasının üzvü, coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının dosenti Şəkər Məmmədova deyib.
Onun sözlərinə görə, sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri Qərbi azərbaycanlıların gözləntiləri baxımından da xüsusi əhəmiyyət kəsb edir: “Parlamentin yeni heyətinin Qərbi Azərbaycandan olan vətəndaşlarımızın hüquqlarının bərpa olunması istiqamətində də işlər görəcəyinə əminəm”.