21.09.2024, 10:47
AZ EN
19.08.2024, 10:35 332

Bu gün şəhid Vəfadar Quluzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin gənc şəhidi, əsgər Vəfadar Fəqan oğlu Quluzadənin doğum günüdür. O, 2001-ci il avqustun 19-da Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açıb. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil alıb. O, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. 1 ildən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşan və Talış kəndləri uğrunda vurşub.

Vəfadar Quluzadə 2020-ci il oktyabrın 3-də Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qərəmancasına şəhadətə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra Quluzadə Vəfadar Fəqan oğlu “Vətən uğrunda”, "Laçının azad olunmasına görə", “İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Quluzadə Vəfadar Fəqan oğlu “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Vəfadar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər