Söhbət əsnasında o, bildirdi ki, səhhətindəki narahatlıqla əlaqədar Qubadlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Oftalmoloq Aygün Allahverdiyevanın göz müayinlərindən keçdiyini bildirən qazimiz qeyd edib ki, daha sonra ümumi cərrah Nigar Ağazadənin qəbulunda olub. Gözlərinin müayinəsi zamanı məlum olub ki, gözündən əməliyyat olunmalıdır və bunun üçün ona özəl klinikalardan birinə göndəriş verilib.
Qeyd edək ki, Zamiq Mehdiyevin atası Bəhmən Mehdiyev Birinci Qarabağ müharibəsinin şəhididir. Dövlətimiz tərəfindən hər zaman şəhid və qazi ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, bunun hər sahədə şahidi olduğunu vurğulayan Zamin Mehtiyev deyir ki, eləcə də burada mənə xüsusi diqqət və qayğı göstərdilər: “Buna görə, TƏBİB-ə və Qubadlı Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə, bütün kollektivə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Onlara fəaliyyətlərində böyük uğurlar arzulayıram. Arzu edirəm ki, tezliklə doğma Qubadlımızda da fəaliyyətlərini davam etdirsinlər.
Tahirə AĞAMİRZƏ