24.04.2025, 14:25
AZ EN
29.07.2024, 11:32 343

Laçın alayı - Bir şəklin tarixçəsi...

XƏBƏRLƏR

Nə yaxşı ki, mən Laçında doğulmuşam

  • Birinci və II Qarabağ müharibəsində fəal iştirak edən, qazi Laçın alayının döyüşçüsü Əli Hümbətov bu günlərdə doğma Laçının Zağaltı kəndini ziyarət edib.

Onunla söhbət əsnasında bu şəklin tariçəsini belə xatırlatdı:

-Bu şəkil 1992-ci il may ayında rəhmətlik Səbahəddin Eloğlu bizimlə görüşə gələn zaman çəkilmişdi. O zaman Laçın şəhərini ermənilər işğal etmişdilər, amma buna baxmayaraq biz Laçın alayının əsgərləri olaraq döyüşlərə davam edib ermənilərə yaxşı zərbə vura bilirdik. Şəkildə olanlar hamısı Laçınlılardı, ayaq üstdə olan bir xanımdan başqa. Bir neçə gün  sonra Qalib müəllimin komandanlığı ilə bir əməliyyat keçirdik. Əməliyyat uğurlu oldu. Yaxşı yadımdadı, Suarası kəndindən çıxdıq, Qızartı dağından endik Mazutlu kəndinin arxasında yerləşən erməni postunun yanına. Biraz müşahidə elədik birdə gördük ki, bizdən yuxarıda erməni dəstəsi var hardasa 22 nəfərdi.  Bizim kəndlərə tərəf əllərini uzadıb yarı rus, yarı erməni, yarı azərbaycan dilində danışırdılar. Biz bir az gözlədikdən sonra onlardan beş nəfər postlarına getmək üçün bizim qabağımızdan keçdilər. Qalib müəllim dedi ki, onların qarşısına çıxmaq lazımdır ki, onları vuran kimi dəstəni də məhv edək. Mən "Rpk-pulemyotu" götürmüşdüm. Mənimlə birlikdə Cağazürdən Səyyad, Köhnəkənddən Eyvaz bir də komandirvzvod Şahinlə endik bunların qabağına. 10 metr məsafəyə qədər yaxınlaşıb onları məhv etdik. Hamısı yaşlı nayomniklər idi, saqqallı. Biz bunları vuran kimi döyüşçülərimiz də erməni dəstəsini məhv elədi. 22 erməninin hamısını öldürdük, birini də sağ çıxmağa qoymadıq.

Şükürlər olsun bu günümüzə. Artıq biz azad, doğma Laçındayıq. Laçında böyük uğurlu layihələr həyata keçirilib, insanlar doğma Laçında yaşamaqdan qürur duyurlar.  Böyük Qayıdış Proqramı uğurla sonlanacaq inşallah. Nə xoşbəxtəm ki, mən Laçın doğulmuşam. Burda doğulmuşam, burda böyümüşəm, burda döyüşmüşəm. İnşallah Allah burda yaşamağı da qismətimizə yazar... Laçının cazibəsi insanı özünə çəkir. Burda nəfəs almağın zövqü belə başqadır...

Söhbətləşdi:

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər