23.11.2024, 04:59
AZ EN
02.08.2022, 14:20 392

“Danışır Şuşa!”

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın tacı olan Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili “Şuşa İli” elan edib.

Bununla bağlı tədbirlər çərçivəsində həyata keçirilən layihələrdən biri də Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMedia” şirkəti və “Avto FM”-in birgə gerçəkləşdirdiyi “Danışır Şuşa!” radio proqramıdır. Proqram hər həftənin cümə günü “107.7 FM” dalğasında yayımlanır.

Bu ilin fevral ayından efirə gedən proqram “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” adlı 5 rubrikadan ibarətdir. Proqramda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən, adət-ənənələrindən, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərin həyat yolundan bəhs edilir.

"AZMAN HOLDİNQ" möhtəşəm Zəfər nəticəsində işğaldan azad edilmiş qədim şəhərimiz – Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə bağlı layihəyə dəstək verməkdən məmnundur.

Oxşar xəbərlər