17.05.2024, 15:05
AZ EN
26.01.2024, 06:53 208

Füzuliyə köçən sakin: Doğma yurdumuza çox böyük həvəslə qayıdırıq

XƏBƏRLƏR
  • Doğma yurdumuza çox böyük həvəslə qayıdırıq. Uzun illərdən sonra Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur.

Bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Nərminə Quliyeva söyləyib.

Məcburi köçkün düşəndə 30 yaşlarında olduğunu bildirən N. Quliyeva Füzulidə xoş günlər keçirdiklərini bildirib.

O, Füzulidə bundan sonra şad günlər görəcəyinə inandığını və övladını orada evləndirəcəyini vurğulayıb.

Keçmiş məcburi köçkün Xətai rayonunda yataqxanada məskunlaşdıqlarını bildirib və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkür edib. (AZƏRTAC)

Oxşar xəbərlər