19.04.2024, 16:21
AZ EN
28.06.2022, 16:50 354

“YAŞAT” Fondunun təşkilatçılığı ilə qazilərimiz və şəhid ailəsi üzvləri Şuşaya səfər ediblər

XƏBƏRLƏR
  • “YAŞAT” Fondu 26 iyun - Silahlı Qüvvələr Günündə Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin Şuşaya səfərini təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, səfərdə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən müharibə əlilləri və orada şəhidlik zirvəsinə ucalanların valideynləri iştirak ediblər. Layihə “Bank Respublika”nın dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən öncə də bu cür səfər təşkil edilib. Belə ki, “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində şəhidlərimizin övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər. (AZƏRTAC)

 

Oxşar xəbərlər