Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, media xalqın həyatında mühim rol oynayacaq 7 fevral seçkilərində də yaxından iştirak edəcək: “Ölkənin siyasi və ictimai həyatında baş verən vacib hadisələrdə mediamız yaxından iştirak etməlidir. Hesab edirəm ki, 7 fevral da Azərbaycan tarixində əhəmiyyətli günlərdən biri olacaq. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil və bu baxımdan Azərbaycan mediası da bu hadisələrdə öndə getməlidir”. (Report)