22.11.2024, 08:08
AZ EN
18.12.2023, 11:15 294

Məcburi köçkün məktəblərində mühüm dəyişikliklər olacaq

XƏBƏRLƏR

Gələn il məcburi köçkün məktəbləri üçün mühüm dəyişikliklər gözlənilir. Elm və Təhsil Nazirliyinin 2024-cü ilin fəaliyyət planına daxil edilmiş bu dəyişikliklər məktəblərin optimallaşdırılmasını nəzərdə tutur.

"Vətən səsi" xəbər verir ki, məktəblərin optimallaşdırılması respublikanın müxtəlif regionlarını əhatə edəcək. İşğaldan azad edilmiş ərazilərə aid şəhər və rayonların məktəblərində isə optimallaşdırma Qarabağ və Şərqi Zəngəzurla qayıdışıla əlaqədar bir sıra təhsil ocaqlarının kontingentin dəyişməsi və yenidən qurulan ərazilərə köçlə bağlıdır.

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırovun dediyinə görə, bu məsələlərlə əlaqədar bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin isə ümumi orta təhsil müəssisəsindən tam orta təhsilə keçidi nəzərdə tutulur: "Məktəblərin optimallaşdırılması ilə bağlı bu il də müəyyən addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq, yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən Böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" çərçivəsində indiyədək Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində 7 məktəb fəaliyyətə başlayıb. Hazırda bu təhsil müəssisələrində 550 şagird və 84 müəllim heyəti var. Həmin şagird və müəllimlərin doğma yurduna köçürülməsi indiyədək müxtəlif ərazilərdə müvəqqəti fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərdə kontingentin dəyişməsinə səbəb olub. Nəzərə alsaq ki, növbəti tədris ilində adı çəkilən şəhər və rayonlardan başqa Ağdam, Cəbrayıl və Kəlbəcərdə də məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur, onda həmin rayonlara aid bəzi təhsil müəssisələrində kontingent dəyişikliyi əhəmiyyətli dərəcədə artacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR