Bu sözləri Füzuli rayonundan olan keçmiş məcburi köçkün Rövşən Quliyev deyib.
Bildirib ki, onun özü Birinci Qarabağ, oğlu isə İkinci Qarabağ döyüşlərində iştirak edib. “1991-1995-ci illərdə Füzuli, Qubadlı, Zəngilan, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Uzun illərdir Sumqayıt şəhərində yaşayıram. Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar. Allah Ali Baş Komandanımızı və ölkəmizi qorusun”, - deyə Füzuli sakini qeyd edib. (AZƏRTAC)