22.11.2024, 12:36
AZ EN
12.12.2023, 15:26 250

Kəlbəcər RİH-də Ulu Öndərin xatirəsi yad edilib

XƏBƏRLƏR
  • Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib.

İlk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq və mühafizə orqanlarının rəhbərləri, əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Kəlbəcər RİH-in inzibati binasında dahi şəxsiyyətin büstü önünə əklil qoyaraq tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə Kəlbəcər RİH-in başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

Anım mərasimində tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayaraq qeyd etmişdir ki, çətin bir şəraitdə, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi, balanslaşdırılmış xarici və daxili siaysəti məhv olmaq təhlülkəsi ilə üzləşən ölkəni fəlakətdən qurtardı. Daha sonra çıxış edən Kəlbəcər rayon Həmkarlar ittifaqının sədri Əli Bağırov və Kəlbəcər rayon su-kanal idarəsinin rəisi Şaban Qurbanov diqqətə çatdırıblar ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib. Ölkəmizin hərtərəfli inkişafında yeni imkanlar yaradılıb, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüz təmin edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər