Bunları Laçın sakini, keçmiş məcburi köçkün Rahilə Cabbarova deyib.
“Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, qazilərimizə şəfa diləyirəm. Neçə illər Laçınsız yaşamışam, amma bu yaşamaq deyildi. Həmişə yuxularımda ata yurdumu görürdüm. Allaha hər zaman dua edirdim ki, yurdumuza qayıdaq.
Vətənin hər bir qarışı bizim üçün əzizdir, amma insanın doğulub boya-başa çatdığı yer daha əzizdir. Otuz bir il həsrətlə yaşadığımız o nisgilli dönəm şükür ki, artıq bitib", - o qeyd edib.
R.Cabbarova deyib ki, indi Laçın dövlətimizin səyi, diqqəti, qayğısı ilə əvvəlki şöhrətinə qayıdır, gündən-günə abadlaşır, gözəlləşir: “Bura çatanda Laçının gözəl çağlarını gördüm. Müasir evlər, abadlaşan yollar və Laçınımızın göz oxşayan təbiəti bizləri yenidən valeh etdi. İndi bizim üçün həyat yenidən davam edir". (Report)