Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbulda sakinlər tərəfindən qaldırılan 22 məsələdən 5-i yerində həll olunmuş, 8-i baxılması üçün nəzarətə götürülmüşdür. 4 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmiş, 5 nəfər isə görülən işlərə görə minnətdarlığını ifadə etmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Qəbuldan razı qaldıqlarını bildirən rayon sakinləri həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində onlara köməklik göstərən, yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Tahirə AĞAMİRZƏ