"Vətən səsi" xəbər verir ki, tender elanında “Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin” satın alınması nəzərdə tutulur. Bildirilir ki, ərazidə aparılacaq bərbə və yenidənqurma işlərini nəzərdə tutan layihə üzrə müsabiqədə iştirak haqqı 600 manat təşkil edir. İddiaçı şirkətlər tələb olunan sənədlərin noyabrın 3-dək Ağdam şəhərində yerləşən komissiyaya təqdim etməlidir. Ödəniş şərtlərinə uyğun olaraq malgöndərənin, yəni podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.Avans müqavilə məbləğinin 30 faiz həcmində nəzərdə tutulur.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi ikinci tender isə Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması nəzərdə tutulur. Tenderin şərtlərinə görə bu müsabiqədə iştirak haqqı Tuğ kəndindən fərqli olaraq, 1 500 manat təşkil edir.
Elxan SALAHOV