20.09.2024, 07:00
AZ EN
13.10.2023, 12:20 146

Nazir: Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır

XƏBƏRLƏR
  • Yaxın dövrlərdə Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Eyni zamanda, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Şəbəkəsi də genişləndirilir. Bərdə və İsmayıllıda inklüziv mərkəzlərin yaradılması istiqamətində işlər yekunlaşdırılır. Paralel olaraq sosial xidmətlərin elektronlaşması sahəsində də mühüm nailiyyətlər əldə edilir.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib: “Bu gün xidmətlərimizin 90 faizindən çoxu, başqa sözlə, 140 xidmət tam şəkildə elektronlaşıb: “Ümumilikdə cari ilin doqquz ayı ərzində Nazirliyin elektron xidmətlərindən istifadə, elektron müraciət, elektron sorğu, dövlət qurumları ilə inteqrasiya çərçivəsində göstərilən xidmətləri götürsək, ümumilikdə 278 milyon xidmət göstərilib. Cəmi10 milyonluq əhalisi olan bir ölkə üçün bu, kifayət qədər ciddi və böyük bir rəqəmdir”, - deyə Sahil Babayev qeyd edib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni, müasir və yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, son 20 ildə Azərbaycanın böyük tarixi uğurları möhtəşəm Zəfərə, eyni zamanda, mühüm sosial irəliləyişlərə nail olunmasını təmin edir. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə və zirvələrə doğru aparacaq. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR