19.10.2024, 20:46
AZ EN
10.10.2023, 10:47 296

Seymur Fətəliyev: "Ermənistanda məhv edilən irsimizə dair həqiqətləri dünyaya çatdırmalıyıq"

XƏBƏRLƏR
  • Azərbaycan Ermənistanda məhv edilən mədəni irsi ilə bağlı həqiqətləri türk dövlətləri ilə birlikdə dünya ictimaiyyətinə çatdırmalıdır.

Bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev Bakıda işə başlamış "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfransda bildirib.

"Azərbaycanın bəzi mədəni irs nümunələri, tarixi abidələri hazırki Ermənistan ərazisindədir. Ermənistan tariximizin bu izlərini itirmək üçün mədəni irsimizi məhv edib, abidələrdə təhrif işləri aparıb. Bu irs nümunələri, abidələr həm də türk xalqlarının keçmişini özündə ehtiva edir", - deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər