20.04.2025, 06:07
AZ EN
22.08.2023, 21:00 289

Salyanın igid oğlu

XƏBƏRLƏR

Qanında qaynayan vətənpərvərlik və qəhrəmanlıq hissləri 44 günlük Vətən müharibəsində özünü tam şəkildə büruzə verən igid övladlarımızdan biri də Azad Surac oğlu Hüseynovdur. O, 13 iyul 1996-cı ildə Salyan rayonunun Yeni Uluxanlı kəndində anadan olmuşdur. Azad orta təhsilini Salyan rayonu, Yeni Uluxanlı kənd tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Sonra MAHHXHQ kimi xidmətini davam etdirmişdir. A.Hüseynov II Qarabağ müharibəsində Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl istiqamətində qəhrəmanlıqla döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları verilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər