22.11.2024, 18:08
AZ EN
07.07.2023, 11:30 299

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub

XƏBƏRLƏR
  • Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və erməni hərbçilər son söz deyiblər.

Daha sonra məhkəmə hökmü elan edib.

Məhkəmənin hökmü ilə onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Report)

Oxşar xəbərlər