Bu sözləri Milli Məclisin noyabrın 16-da keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, Cənubi Qafqazda dayanıqlı sülh üçün Azərbaycan dövlətinin səylərinə baxmayaraq Ermənistanın ənənəvi və yeni havadarlarının himayəsi ilə müxtəlif bəhanələrlə ədalətli sülhün bərqərar edilməsi üzrə götürdüyü öhdəliklərdən yayınma cəhdləri, yenidən silahlanma meylləri və ölkəmizə qarşı keçirilən hərbi təxribatları müzəffər Ordumuzun gücünün və qüdrətinin daha da artırılmasının zəruriliyini bir daha təsdiqləyir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının 2030-cu ilədək sosial iqtisadi inkişafa dair Milli Prioritetləri və 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifələri çərçivəsində maliyyələşdiriləcək. Müvafiq olaraq 2023-cü ildə Strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizlik hissəsi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və quruculuq işlərinin görülməsinə yönəldiləcək.