21.09.2024, 13:51
AZ EN
08.11.2022, 10:30 218

“Azərener” işğaldan azad edilmiş ərazilərdə 150 yerli sakini işlə təmin edib

XƏBƏRLƏR
  • “AzərEnerji” ASC işğaldan azad edilən ərazilərdə indiyədək  9-u su elektrik stansiyası, 12-si yarımstaniya və 1-i regional rəqəmsal idarəetmə mərkəzi olmaqla 22 enerji obyektində tikinti işlərinə başlanılıb, bunlardan 14-ü Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Dövlətimizin başçısı digər 9 enerji obyektinin təməlqoyma mərazimlərində iştirak edib, tikimti işlərinin gedişi ilə tanış olub.

“Vətən səsi” səhmdar cəmiyyətin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu faktlar  “Zəfərin enerjisi” adlı sənədli filmdə səsləndirilib. Filmdə bildirilib ki, işğaldan azad edilmiş rayonların 150 sakini yeni işə salınan enerji obyektlərində daimi işlə təmin edilib. Yerli kadrların işlə təmin edilməsi davam etdirilir, bu məqsədlə peşə hazırlığı tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər