04.02.2026, 18:35
AZ EN
29.01.2026, 08:29 230

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

XƏBƏRLƏR
  • Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 100,701 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 5,2 milyon manat və ya 4,9% az, 2025-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə 12,5 milyon manat və ya 14,1% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,83%-ə bərabər olub.

Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 842 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 34 min manat, yaxud 4,2%, ötən ilin eyni dövrünə nisbətən isə 409 min manat və ya 1,9 dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,38% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,772 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,1 milyard manat və ya 14,4% çoxdur. (Trend)

Oxşar xəbərlər