26.12.2024, 18:15
AZ EN
11.12.2024, 15:25 232

Vüqar Bayramov: "Avropa İttifaqına qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb"

XƏBƏRLƏR
  • "Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ilin ilk 11 ayında 8 faizə yaxın artıb. Belə ki, həmin müddətdə 11.7 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına daxil olub. Bütövlükdə, bu ilin yanvar-noyabr aylarında xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya ilə yanaşı Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb".

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov mətbuata açıqlamasında deyib. O, bildirib ki, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.

Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır: "Artıq Avropa İttifaqına qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunub".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər