21.11.2024, 19:55
AZ EN
13.11.2024, 16:43 155

Özbəkistanlı nazir: Azad edilmiş ərazilərdə yeni layihələr həyata keçirməyi planlaşdırırıq

XƏBƏRLƏR
  • Azad edilmiş ərazilərdə Özbəkistan şirkətlərinin iştirakı ilə tikinti materialları, əczaçılıq və tibbi məhsulların istehsalı üzrə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu gün biz Xankəndidə tekstil məhsullarının istehsalı layihəsinə start verdik. Müəssisədə minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Məhsulun 80 %-i ixraca yönəldiləcək. Bu, azad edilmiş ərazilərdə iş yerlərinin yaradılmasını, sənaye potensialının artırılmasını nəzərdə tutan ilk xarici investisiyadır", - o bildirib.

L.Kudratov qeyd edib ki, əməkdaşlıq üçün böyük imkanlar var, layihələrin həyata keçirilməsi üçün isə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyət göstərir. "Düşünürəm ki, bu cür siyasi iradə və liderlərimizin səmimi münasibətləri sayəsində biz mütləq ikitərəfli əməkdaşlıqda daha yüksək zirvələrə və nəticələrə nail olacağıq", - nazir əlavə edib. (Report)

Oxşar xəbərlər