19.10.2024, 10:49
AZ EN
30.09.2024, 12:30 216

COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib

XƏBƏRLƏR
  • “Azərbaycan elektriki hazırda təbii qazdan alır”.

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Azərbaycanın enerji keçidi” panelində çıxışı zamanı Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

O bildirib ki, Azərbaycan heç vaxt kömür istifadə etməyib:

“Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub. Biz bütün sovet infrastrukturunu yığışdırırıq. Yarım milyard kubmetr qaz qənaət etmək imkanımız olacaq. Biz təkcə qazla işləyən deyil, eyni zamanda bərpa olunan enerji ilə işləyən enerji stansiyaları qururuq”. (APA)

Oxşar xəbərlər