"Vətən səsi" xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı açıq tender elan edib. Elanda Xocavənd rayonu Hadrut qəsəbəsi, Tuğ kəndi və ətraf kəndlərin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilməsi sifariş olunur. Tender müsabiqədə iştirak haqqı 450 manat məbləğində müəyyən edilib.
Həmin kəndlərin elektrik enerjisi ilə təminatı üzrə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 931 min 413 manatdır. Tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini tələb olunan sənədlərlə avqustun 28-dək "Azərişıq" ASC nin Bakı şəhəri, Bakıxanov küçəsi-13 ünvanda yerlə.ən tender komissiyasına təqdim etməlidir.
Elxan SALAHOV