08.09.2024, 08:53
AZ EN
15.07.2024, 13:57 176

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi canlanma artır

XƏBƏRLƏR
  • Azərbaycan hökuməti iş admmlarını işğaldan azad edilmiş ərazilərlə biznes qurmağa, bu ərazilərin inkişafında aktiv iştirak etməyə çağırıb.

"Vətən səsi" xəbər verir ki, ötən həftə Xankəndi şəhərində keçirilən iclasda Qarabağ və Şərqi Zəngəzurda iqtisadi canlanmanın artırılması ilə bağlı görülən tədbirlər geniş müzakirə edilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma tədbirlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində İqtisadi məsələlər üzrə işçi qrupu fəaliyyət göstərir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən iş adamları ilə bağlı məsələlər həmin işçi qrupunun iclasında müzakirə olunub.

İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad edilmiş ərazilərin inkişafı üçün aparılan işlər və infrastruktur layihələri barədə məlumat verib. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətlənməsi və bu ərazilərin iş adamları üçün cəlbediciliyinin artırılması üçün işlər aparılır. Bura vergi və gömrük güzəştləri, sahibkarların kreditlərə çıxışının asanlaşdırılması, DSMF ödənişlərinin dövlət tərəfindən ödənilməsi kimi addımlar aiddir.

Xankəndi, Ağdərə və Xocalıda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bu ərazilərlə aparılan işlər, o cümlədən əhalinin öz yurdlarına qayıdışı barədə məlumat verib. O, bildirib ki, bölgədə müxtəlif sahələrdə biznes qurmaq üçün əlverişli imkanlar var. Geniş spektrli iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən sahibkarları Qarabağ və Şərqi Zəngəzurda yeni layihələr həyata keçirməyə çağıran xüsusi nümayəndə deyib ki, həmin ərazilərdə yaradılmış biznes fürsətlərindən kiçik və orta sahibkarlar istifadə edə bilərlər.

İclasda o da qeyd edilib ki, Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif layihələr icra olunur və bu layihələrdə əsasən qayadan əhali çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər