19.06.2025, 01:45
AZ EN
24.05.2024, 14:44 359

Azad edilmiş rayonlarda iş yerləri artır

XƏBƏRLƏR
  • 2024-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yeri yaradılıb.

"Vətən səsi" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılmış iş yerlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə artıb. Belə ki, 2023-ci il I rübündə işğaldan azad edilmiş rayonlarda 101 yeni iş yerləri yaradılıb.

Bu ilin yanvar-mart ayları ərzində ən çox yeni iş yeri Laçın və Cəbrayılda yaradılıb. Belə ki, hesabat dövründə Laçında 152, Cəbrayılda isə 32 yeni iş yeriləri yaradılıb.

 Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 54 yeni müəssisə və təşkilat yaradılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər