Bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"COP29 Azərbaycanda mötəbər tədbir kimi keçiriləcək. Ölkəmizin bu tədbirə ev sahibliyi etməsi böyük uğurdur. Azərbaycanda bu istiqamətdə "yaşıl kredit"lərin, "yaşıl istiqraz"ların verilməsi məsələsi yalnızca AMB-dən asılı deyil. Həmçinin biznesin "yaşıl kredit"ə tələbi olmalıdır ki, bank da bu istiqamətdə addımlar atsın", - deyə T.Kazımov vurğulayıb. (Report)